ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
# 01 yanvar 2017 17:26 (UTC +04:00)

ABŞ-ın İllinoys ştatında yüngülmotorlu “ Piper PA28” təyyarəsi qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 4 nəfər, iki kişi və iki qadın ölüb.

Onların adları açıqlanmır. Təyyarənin naməlum səbəbdən meşəlik əraziyə düşdüyü bildirilir. Polis və ABŞ Federal Aviasiya İdarəsi (FAİ) faktla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR