Fatmayı çimərliyində batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Fatmayı çimərliyində batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
# 02 avqust 2017 12:46 (UTC +04:00)

Fatmayı çimərliyində batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Abşeron rayonunun Fatmayı kəndində 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR