İmişlidə kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

İmişlidə kanalda batan şəxsin meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 07 avqust 2017 12:38 (UTC +04:00)

Biləsuvarda kanalda tapılmış meyitin şəxsiyyəti müəyyənləşib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, ilkin araşdırmalar nəticəsində Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində kanalda tapılan meyitin 05.08.2017-ci il tarixində İmişli rayonu, Çaxırlı kəndində kanalda batdığı ehtimal edilən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oqtay oğluna məxsus olması müəyyənləşdirilib.

***

13:23

Biləsuvar rayonu ərazisində kanalda meyit aşkarlanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bu barədə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Meyiti tapılan şəxsin avqustun 5-də İmişli rayonunun Çaxırlı kəndində kanalda çimərkən batdığı bildirilən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oqtay oğlu olduğu ehtimal edilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR