Analığının 340 min dollarını ələ keçirən şəxsin məhkəməsində bankın sabiq filial müdiri ifadə verib

Analığının 340 min dollarını ələ keçirən şəxsin məhkəməsində bankın sabiq filial müdiri ifadə verib
# 19 oktyabr 2017 11:04 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nazim Zülfüqarovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda şahid qismində "Azərbaycan Beynəlxalq Bankı" ASC -nin Sahil filialının keçmiş müdiri, bankın Rusiyadakı nümayəndəliyində çalışmış Ehtiram Əliyev ifadə verib. Bildirib ki, filial müdiri olan zaman N. Zülfüqarov tərəfindən bankdan saxta etibarnamə ilə pul çıxarılıb: "Mən işdən çıxandan sonra bu haqda məlumatım oldu. Həmin vaxt cinayət işi başlanmışdı".

O, N. Zülfüqarovla qardaşının dost olduqlarını deyib.

İclasda Beynəlxalq bankın sabiq əməkdaşı, hazırda VTB Bankda çalışan Kənan Rzayev də şahid qismində dindirilib. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edib. Bildirib ki, Ehtiram Əliyevin müavini işləyib.

Proses oktyabrın 26-da davam edəcək.

Qeyd edək ki, N. Zülfüqarov analığı Gülrux Əliyevaya məxsus 340 min dolları dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.

N. Zülfüqarovun atası Seyran Zülfüqarov 90-cı illərdə Neft Yağ Zavodunun müdiri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR