Akademik Həsən Əliyevin 110 illik yubileyi keçiriləcək

Akademik Həsən Əliyevin 110 illik yubileyi keçiriləcək
# 07 fevral 2017 15:07 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, 2017-ci ildə akademik H. Əliyevin anadan olmasının 110 illiyi tamam olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR