BMT-nin rezident əlaqələndiricisi: “Azərbaycanda savadlılıq səviyyəsi çox yüksəkdir”

BMT-nin rezident əlaqələndiricisi: “Azərbaycanda savadlılıq səviyyəsi çox yüksəkdir”
# 10 aprel 2017 11:19 (UTC +04:00)

"Azərbaycanda savadlılıq səviyyəsi çox yüksəkdir, uşaqlar təhsilə cəlb olunub. Xeyli işlər görülüb, ancaq yenə də işlər görülməlidir".

APA-nın məlumatına görə, bu sözləri 132-134 saylı təhsil kompleksində "Dayanıqlı inkişaf məqsədləri-keyfiyyətli təhsil" mövzusunda keçirilən açıq dərsdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai bildirib.

Q. İsakzai deyib ki, qızlar və oğlanlara işə düzəlmək sahəsində bərabər şərait yaradılmasına çalışmaq lazımdır: "Oturmuş dəyərlər, ənənələr var və onlara qarşı mübarizə aparmaq lazımdır. Məsələn, çalışmaq lazımdır ki, qızlar üçün erkən evlilik olmasın. Bu, onların təhsildən uzaq qalmasına, cəmiyyətdə layiqli yer tutmasına mane olur. Mənim də 3 qızım var və onların gələcəyi məni narahat edir. Mən onlara deyirəm ki, siz kişilər kimi heç nədən çəkinməyin, həyatda mübariz olun".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR