Kanadada avtomobil velosipedçiləri vurub, 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Kanadada avtomobil velosipedçiləri  vurub, 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb
# 07 noyabr 2016 00:52 (UTC +04:00)

Kanadada minik avtomobili bir qrup velosipedçini vurub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Riçmond şəhərində (Britaniya Kolumbiyası əyaləti) qeydə alınıb.

Qəza nəticəsində 1 velosipedçi ölüb, 5-i xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Ərazi nəqliyyatın hərəkəti üçün bağlanıb.

Qəzanın səbəbləri müəyyənləşdirilir. Yerli polisin məlumatına görə, velosipedçiləri vuran sürücü hadisə yerindən qaçmayıb və fəal şəkildə istintaqla əməkdaşlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR