Dolların bahalaşması nefti ucuzlaşdırır

Dolların bahalaşması nefti ucuzlaşdırır
# 21 oktyabr 2016 07:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya bazarında neft ucuzlaşıb.

"APA -Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar azalaraq 50,42 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,14 dollar azalaraq 51,24 dollar olub.

Neftin ucuzlaşmasına oktyabrın 18-də neftin bahalaşması ilə əlaqədar bazar iştirakçılarının gəlirlərini hesablaması və dolların xarici valyutalara nisbətdə bahalaşması səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR