Mingəçevirdə suda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Mingəçevirdə suda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
# 25 iyul 2017 15:21 (UTC +04:00)

Mingəçevir şəhərindəki çimərlikdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilasedicilər tərəfindən sudan çıxarılıb. APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 17:00 radələrində Ağdam sakini, 1982-ci il təvəllüdlü Məddinov Kamil Qardaşxan oğlu dostları ilə birgə Mingəçevir su anbarının sahilindəki çimərlikdən kənar ərazidə, qayalıq sahədə çimən zaman suda boğulmaq təhlükəsi ilə üzləşib.

Dərhal əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Mingəçevir şəhərindəki Aran dalğıc axtarış qrupunun xilasediciləri cəlb olunub. Batmaq üzrə olan şəxs xilas edilərək sahilə çıxarılıb və aidiyyati üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR