İmişlidə 4,5 maqnitudalı zəlzələ olub, ətraf rayonlarda hiss edilib - YENİLƏNİB

İmişlidə 4,5 maqnitudalı zəlzələ olub, ətraf rayonlarda hiss edilib - <span style="color: red;">YENİLƏNİB
# 16 oktyabr 2016 10:18 (UTC +04:00)

Bakı-APA. Bu gün yerli vaxtla saat 11:52-də Saatlıdan 30 km cənub-qərbdə, İmişli rayonu ərazisində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələnin ocağı 12 km dərinlikdə yerləşib.

Zəlzələ episentrə yaxın digər ətraf rayonlarda 3 bala qədər hiss olunub.

***

saat 12.10

Bakı-APA. Bu gün səhər saat 11.50 radələrində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızının APA-ya verdiyi məlumata görə, ilkin məlumatlara əsasən 4,5 maqnitudalı zəlzələnin episentri İmişli rayonu olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, zəlzələ Ağcabədi, Ağdam, Tərtər, Yevlax və Bərdə rayonlarında da hiss edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR