Çavuşoğlu və Lavrov Astana danışıqlarını müzakirə edib

Çavuşoğlu və Lavrov Astana danışıqlarını müzakirə edib
# 24 yanvar 2017 10:31 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Suriya üzrə Astana danışıqlarını müzakirə edib.

APA-nın xəbərinə görə, bu barədə RİA "Novosti" Ankaradakı mənbəyə istinadən məlumat yayıb.

Tərəflər Astanada aparılan danışıqların gedişini telefonla müzakirə ediblər.

Qeyd edək ki, Astanada Rusiya, Türkiyə və İranın təşəbbüsü ilə rəsmi Dəməşqlə Suriya müxalifəti arasında müzakirələr aparılır.

Görüş ötən gün başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR