Gəncədə avtomobil yanıb

Gəncədə avtomobil yanıb
# 07 fevral 2017 17:50 (UTC +04:00)

Gəncədə minik avtomobili yanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Sadik Rəhimov küçəsində dayanan 1994-cü il təvəllüdlü Quliyev Rəşada məxsus “OKA” markalı avtomobil anidən alışıb. Hadisə yerinə Gəncə Yanğından Mühafizə İdarəsini bir yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov söndürülsə də, avtomobil yararsız hala düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR