Samux rayon Polis Şöbəsinə yeni təyinat olub.
APA-nın yerli bürosunun məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, polis polkovnik-leytenantı Ramil Səfərəliyev Samux rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Xatırladaq ki, Ramil Səfərəliyev daha əvvəl Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini vəzifəsində çalışıb.