Keçmiş "OMON"çuların şikayətinə baxılacaq

Keçmiş "OMON"çuların şikayətinə baxılacaq
# 13 mart 2017 11:52 (UTC +04:00)

Ali Məhkəmədə ömürlük azadlıqdan məhrum edilmiş Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun kassasiya şikayətinə baxılacaq.

APA-nın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. Kassasiya şikayəti üzrə məhkəmə prosesi martın 14-də keçiriləcək. Şikayətdə onların ömürlük cəzalarının 20 illik cəza ilə əvəz olunması istənilib.

Hər üç şəxs 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. Sonradan onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub. Onlar Qaradağ rayon Məhkəməsinə etdikləri müraciətdə cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər. Lakin məhkəmə müraciət təmin etməyib. Həmin qərardan verilən apellyasiya şikayəti də təmin edilmədiyindən onlar kassasiya şikayəti veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR