Gürcüstanda Ermənistan vətəndaşları saxlanılıb

Gürcüstanda Ermənistan vətəndaşları saxlanılıb
# 11 dekabr 2017 16:40 (UTC +04:00)

Gürcüstanın “Sadaxlı” gömrük-keçid məntəqəsində iki Ermənistan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərdə bəyan edilməmiş ümumi çəkisi 279,01 qram olan qızıl əşyalar aşkarlanıb.

Qızıl əşyaların gömrük dəyəri 21,5 min lari təşkil edib.

Ermənistan vətəndaşlarına qızıl əşyaların dəyərinə bərabər məbləğdə cərimə tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR