Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakıda ikimərtəbəli evdə yanğın olub
# 10 iyul 2017 19:03 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus 220 m2 olan ikimərtəbəli 8 otaqlı tikintisi başa çatmamış evin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR