“Azeri Business Award” 2017 mükafatının təqdimatı keçirilib

“Azeri Business Award” 2017 mükafatının təqdimatı keçirilib
# 12 fevral 2018 10:18 (UTC +04:00)

Biznes sahəsində 2017-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.

“Azeri Business Award” 2017 təqdimat mərasimi 100 aparıcı şirkətin nümayəndələrini, yüksək səviyyəli menecerləri, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçiləri, xarici qonaqları və KİV nümayəndələrini öz ətrafında toplayıb.

Qonaqlar arasında bir sıra ölkələri təmsil edən diplomatik nümayəndələr də olub.

“Azeri Business Award 2017” mükafatının sponsoru “Ambassadori Casino”dur (Gürcüstan Tbilisi).

Mükafatın təqdimetmə mərasimindən öncə “JW Marriott Absheron Baku” otelinin foyesində “Azeri Business Award” mükafatına laureat olan şirkətlərin məhsullarından və xidmətlərindən ibarət sərgi-təqdimat mərasimi olub.

Tədbir çərçivəsində qadın geyim dizayneri Diana Ahadpourun moda nümayişi də təşkil edilib.

Tədbirdə “Azeri Business Award” 2017 mükafatı laureatlara təqdim olunub:

Qətərin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai - Ticari-iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəsinə görə

Anar Əlizadə - İşgüzar nüfuz

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri - Elektron xidmətlərinin genişləndirilməsi və inkişafında fəal iştirakına görə

"Gilan Holding" - İlin holdinqi

Diana Ahadpour - İlin geyim brendi

HTech Invest - Azərbaycanda İT sənayenin inkişafındakı töhfəsinə görə

FAB Boya və Kimya Sənayesi - Tikinti materialları istehsalı bazarının lideri

Interyer Servis - İlin şirkəti Memarlıq və tikinti

QAFQAZ Hotels & Resorts - İlin otellər şəbəkəsi

Nabucco A&C - Tam komplektləşdirilmiş polad binaların istehsalı, çatdırılması və quraşdırılması

M Studio - Yüksək keyfiyyət standartları. İnteryer və dizayn

Debet Uniform - Sahənin Lideri. Fərdi mühafizə vasitələrinin, işçi və korporativ geyimlərin istehsalı və satışı

GeoEngeneering - Geologiya və geofizika sahəsindəki yüksək nailiyyətlərə görə

Oxçuoğlu İnşaat - Memarlıq və dizayn

İydə - İlin ətriyyat brendi

Kepro Esthetic Clinic - Estetik təbabətin inkişafındakı töhfəsinə görə

Yağmur-2 - Avtomatik suvarma sahəsində mütərəqqi texnologiyaların tətbiqinə və səmərəli servis dəstəyinə görə

A-Sera - İstixanaların qurulması və istixana avadanlıqlarının təchizatı sahəsinin lideri

Hikmetoglu Transport - İlin şirkəti. Beynəlxalq yükdaşıma və logistika

Şəbəkə Travel - Turizm sənayesinin inkişafındakı töhfəsinə görə

BADAM Patisserie - Müştəri məmnunluğu

KATV1 - İlin şirkəti. Kabel televiziyası

Lusso Vita - İlin interyer salonu

Excelsior Hotel & SPA Baku - İlin otel və SPA kompleksi

ARB TV - İlin televiziya yayım şirkəti

“Azeri Business Award” mükafatının təsisçisi Azərbaycanda 10 ildir uğurla fəaliyyət göstərən “Business Time” aylıq işgüzar jurnalıdır. Bu jurnal Azərbaycanda iqtisadiyyat və biznes sahəsində aparıcı dövri nəşrdir.

“Business Time” şirkətlərə çevik və müasir idarəetmə qərarlarının səmərəli tətbiq edilməsində və rəqabət qabiliyyətini artırmağın yollarının axtarışında milli biznesə yardım göstərir. Öz sahəsi üzrə aparıcı ekspertlərin cəlb edilməsi ilə yazılan informasiya və analitik materiallar vasitəsilə oxucuları ölkə iqtisadiyyatında gedən aktual və maraqlı proseslərlə tanış edir.

“Azeri Business Award” biznes sahəsində Milli mükafatın ilk təqdimat mərasimi 2009-cu ildə baş tutub və Azərbaycanda biznes sahəsində keçirilən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. O, ən yaxşı təşkilatları və şirkətləri nümunə kimi göstərir, milli biznesin yeni imicini yaradır həmçinin ölkədə işgüzar etikanın yeni standartlarının inkişafına yardım edir.

Mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin fəaliyyətindəki artım tempi götürülür.

Tədbirə informasiya dəstəyi verənlər arasında "APA Holdinq"ə daxil olan APA İnformasiya agentliyi, lent.az və vesti.az da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR