Baş Prokurorluq işçi qəbulu elan edir

Baş Prokurorluq işçi qəbulu elan edir
# 18 aprel 2017 13:45 (UTC +04:00)

Baş Prokurorluq mühəndis-proqramçı və veb-dizayner ixtisaslarına malik mütəxəssislərin işə qəbulunu elan edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidentinin 2 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın prokurorluq orqanlarında icrası ilə əlaqədar yaradılmış Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinə bu sahədə zəruri biliklərə malik mütəxəssislərin (3 mühəndis-proqramçı və 1 veb-dizayner) işə qəbulunu elan edir.

Mühəndis-proqramçı ixtisası üzrə tələb olunan biliklər:

Məlumat bazası bilikləri: MySql, MsSql, Oracle, OraclePl/Sql

Proqram bilikləri: Java, C#

Web Texnologiyaları: HTML, CSS, JavaScript, Ajax, JQuery, Angular js

Mobil proqramlaşdırma: Android, Ajax

Java Web Texnologiyaları: Servlet, JSP, JSF, Primefaces

Web Servislər: SOAP, Restful, DevExpress (.Net)

Project Management Tools (Ant, Maven)

Versioncontrol (SVN, VisualSvn, Git /Git Hub)

Reporting (FastReport, XtraReport, JasperReport)

Application Servers (Glassfish, Tomcat, JBoss)

Əməliyyat Sistemləri (Oracle Enterprise Linux, CentOS, FTP-server)

Veb-dizayner ixtisası üzrə tələb olunan biliklər:

Adobe Illustrator, Photoshop, InDesign, AfterEffects, Premiere, Audition, Corel DRAW, QuarkXPress

HTML5, CSS3, Bootstrap Framework, JavaScript, JQuery, MooTools, Prototype, AngularJS

PHP (+ Laravel PHP Framework), MySQL, AJAX, NodeJS

RESTful veb servislərlə işləyə bilmək bacarığı;

Microsoft Windows və Linux (Ubuntu, CentOS, Debian) əməliyyat sistemlərində terminal səviyyəsində işləmək bacarığı.

İşə qəbulla əlaqədar namizədlər CV formalarını Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin elektron poçt ünvanına ([email protected]) göndərə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR