Çingiz Fərzəliyev Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin "Fəxri professor” medalına layiq görüb

Çingiz Fərzəliyev Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin "Fəxri professor” medalına layiq görüb
# 06 dekabr 2016 15:22 (UTC +04:00)

Böyük Britaniyanın Kembric Beynəlxalq Bioqrafik Mərkəzi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevi “Fəxri professor” medalına layiq görüb. APA-nın məlumatına görə, bununla bağlı Milli İncəsənət Muzeyində Çingiz Fərzəliyevə medalın təqdim edilmə mərasimi keçirilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Çingiz Fərzəliyevin mədəniyyət sahəsində apardığı ardıcıl işi və beynəlxalq miqyasda həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov və xalq yazıçısı Çingiz Abdullayev Çingiz Fərzəliyevi təbrik edərək onun yaradıcılığı və son illərdə muzey işi sahəsində gördüyü işlərin əhəmiyyətindən danışıblar.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Kerol Krofts çıxış edərək Milli İncəsənət Muzeyinin 80 illik yubileyi ərəfəsində belə mötəbər bir medalın təqdimatını tarixi hadisə kimi xarakterizə edib.

Qeyd edək ki, professor Çingiz Fərzəliyev Milli İncəsənət Muzeyinə həsr olunmuş “Azərbaycan rəngkarlığı antologiyası”, “Azərbaycan Dövlət İncəsənət Muzeyi” və “Azərbaycan el sənəti” monoqrafiyalarının, “Natürmort”, “Mənzərə”, “Portret” və digər nəfis nəşrlərlə yanaşı, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr edilmiş 36 kitabdan ibarət “Sərvət” silsiləsinin müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR