Lənkəran sakinindən 11 kiloqramdan artıq narkotik götürülüb

Lənkəran sakinindən 11 kiloqramdan artıq narkotik götürülüb
# 04 iyun 2018 07:58 (UTC +04:00)

Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, iyunun 2-də Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı-Masallı yolunun 39-cu kilometrliyində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini Qadir Əliyev saxlanılıb. Onun əlindəki torbadan ümumilikdə 11 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə - 4064,2 qram heroin, 6023,3 qram tiryək, 943,7 qram həşiş qətranı, 76,25 qram psixatrop maddə olan metamfetamin və digər həblər aşkar edilərək götürülüb.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR