Gəncədə dəmir yol stansiyasının işçisi döyülüb

Gəncədə dəmir yol stansiyasının işçisi döyülüb
# 20 noyabr 2016 10:19 (UTC +04:00)

Gəncədə döyülmə faktı qeydə alınıb.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1982-ci il təvəllüdlü Rəşad Allahverdiyev ötən gecə işlədiyi dəmir yol stansiyasından evə gedərkən yaşadığı Tbilisi küçəsində iki nəfər tərəfindən döyülüb.

Müxtəlif bədən xəsarətləri alan R. Allahverdiyev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR