Bakıda NATO-nun təhsil ekspertlərinin işçi görüşləri keçirilir

Bakıda NATO-nun təhsil ekspertlərinin işçi görüşləri keçirilir
# 19 oktyabr 2016 16:08 (UTC +04:00)

Bakı-APA. Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına uyğun olaraq NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertlərindən ibarət qrup Bakıya səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində hərbi tədris müəssisələrində xarici dillər üzrə ixtisaslaşan mütəxəssislərə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat veriləcək, qarşılıqlı fikir mübadiləsi aparılacaq, eləcə də gələcək əməkdaşlıq imkanları müzakirə ediləcək.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilən işçi görüşlər oktyabrın 21-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR