Vüsal Kərimli: “BNA yarandıqdan sonra avtobusların iştirakı ilə baş verən ölüm hadisələri 80% azalıb”

Vüsal Kərimli: “BNA yarandıqdan sonra avtobusların iştirakı ilə baş verən ölüm hadisələri 80% azalıb”
# 21 dekabr 2016 08:36 (UTC +04:00)

“Bu gün Bakı şəhərində müntəzəm marşrutda 450 ədəd avtobusun nağdsız ödəniş-vahid kart sisteminə qoşulması təmin edilib”.

APA-Economics”in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin 1 illiyi barədə məlumat verən agentliyin rəhbəri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, marşrut şəbəkəsində reallaşdırılan digər bir vacib layihə sərnişin avtobuslarına “GPS” izləmə cihazlarının quraşdırılmasıdır. V.Kərimli bildirib ki, 1551 ədəd avtobusda quraşdırılan “GPS” izləmə cihazları vasitəsi ilə avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənmə, tormozlama, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı və təhlili, avtobusların yerləşdikləri məntəqələrin koordinatlarının təyin edilməsi mümkün olacaq: “Beynəlxalq təcrübədə geniş istifadə edilən GPS izləmə sistemindən istifadə müntəzəm sərnişindaşımalarda dispetçer xidmətini avtomatlaşdırmaqla bu sahəyə nəzarəti daha da gücləndirəcək. Bundan əlavə, GPS izləmə cihazı vasitəsi ilə emal olunan informasiyalar əsasında nəqliyyat axınının cari vəziyyəti barədə məlumatlar da qeydə alınacaq, dayanacaqlarda gözləyən sərnişinlər avtobusların çatma vaxtlarını dayanacaq məntəqələrində quraşdırılmış avtobus informasiya terminalları vasitəsi ilə görə biləcək”.

V.Kərimli vurğulayıb ki, marşrut şəbəkəsinin fəaliyyətinin düzgün təşkili və xidmətin keyfiyyətinin yüksəldiməsi istiqamətində həyata keçirlən tədbirlər sayəsində ötən dövrlərlə müqayisədə son bir ildə sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzaların və ölüm hallarının statistikasında 80 % azalma müşahidə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR