Çoxsaylı cinayət əməli törətməkdə təqsirləndirilən şəxsə 10 illik həbs cəzası verilib

Çoxsaylı cinayət əməli törətməkdə təqsirləndirilən şəxsə 10 illik həbs cəzası verilib
# 13 oktyabr 2016 12:45 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Kənan Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub.

Hökmə əsasən, K. Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin noyabrında Sumqayıt şəhəri ərazisində çoxsaylı oğurluq və quldurluq hadisələri törətməkdə şübhəli bilinən 19 yaşlı Bayramov Kənan Ədalət oğlu həbs edilib. Müəyyən edilib ki, K. Bayramov indiyədək 19 cinayət əməli törədib. Ona qarşı Cinayət Məcəlləsinin oğurluq və quldurluq maddələri ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR