Çempionlar Liqasında İlk 1/4 finalçılar müəyyənləşib

Çempionlar Liqasında İlk 1/4 finalçılar müəyyənləşib
# 06 mart 2018 23:28 (UTC +04:00)

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsi çərçivəsində cavab qarşılaşmalarına start verilib. Apasport.az saytının məlumatına görə, qeydə alınan nəticələrdən sonra ilk iki 1/4 finalçının adına aydınlıq gəlib.

Təbii ki, bütün diqqətlər Parisdəki matça yönəlib. Erkən final hesab edilən PSJ – “Real” mübarizəsində kimin yoluna davam edəcəyinə aydınlıq gəlib. İspaniyada rəqibinə 2 top fərqi ilə qalib gələn ÇL-in son qalibi Fransada da qələbə qazanıb.

Günün digər oyununda "Liverpul" "Porto"nu qəbul edib. Səfərdə rəqib qapısından 5 cavabsız top keçirən “mersisaydlılar” formal xarakter daşıyan cavab görüşündə qolsuz bərabərliyə razılaşıblar.

Beləliklə, Çempionlar Liqasında 1/4 finala adlayan ilk komandalar "Real" və "Liverpul" olub.

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

6 mart

PSJ (Fransa) – “Real” (İspaniya) - 1:2

Qollar: Kavani, 71 - Ronaldo, 52; Kasemiro, 80

Qırmızı vərəqə: Verratti, 66

Baş hakim: Feliks Brix (Almaniya)

Paris, "Park De Prens" stadionu

İlk oyun – 1:3

“Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya) - 0:0

Baş hakim: Feliks Zvayer (Almaniya)

Liverpul, "Enfild Roud" stadionu

İlk oyun – 5:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR