Booking.com saytına qarşı Azərbaycanla bağlı separatçı fəaliyyətinə görə etiraz kampaniyası başlayıb

Booking.com saytına qarşı Azərbaycanla bağlı separatçı fəaliyyətinə görə etiraz kampaniyası başlayıb
# 23 noyabr 2017 07:53 (UTC +04:00)

Niderlandda yerləşən “Avropada Azərbaycanlılar” (EuroAz.NL) təşkilatı booking.com saytına qarşı dünya üzrə boleggerlərin iştirakı ilə etiraz kompaniyasına başlayırıb. Təşkilatın həmsədri, blogger Emil Əliyev APA-ya bildirib ki, Niderlandın dünyaca məşhur Booking.com saytı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yerləşən hotellərə xidmət göstərdiyi üçün bu kampaniyaya başlayıblar.

“Hazırda booking.com saytında Dağlıq Qarabağda hotel reservasiya etmək olar. Qərara almışıq ki, buna etiraz olaraq bir kampaniya başlayaq və booking.com saytının elektron ünvanlarına əsasən ingilis və ya fərqli dillərdə etiraz məktubları göndərək. Bütün ölkələrdən bu kampaniyaya qoşulurlar artıq”-deyə, blogger bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR