Ötən ay Gürcüstana ən çox Azərbaycandan səfər edilib

Ötən ay Gürcüstana ən çox Azərbaycandan səfər edilib
# 03 aprel 2018 09:17 (UTC +04:00)

Ötən ay Azərbaycan Gürcüstana səfər etmiş əcnəbi ziyarətçilərin sayına görə birinci yeri tutub.

APA-nın yerli bürosu Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına istinadla xəbər verir ki, mart ayında ölkəyə Azərbaycandan 133 448 nəfər səfər edib.

Azərbaycandan sonra Gürcüstana ötən ay ən çox Ermənistan (109 371 nəfər), Türkiyə (100 721), Rusiya (91 529) və İrandan (58 828) səfər olunub.

Bu ilin yanvar-mart aylarında Gürcüstana səfər etmiş əcnəbi ziyarətçilərin sayı illik müqayisədə 15,5% artaraq 1 463 561 nəfər təşkil edib.

Təkcə mart ayında isə qonşu ölkəyə 578 514 nəfər səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 13,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR