BDU-da nöqsanlar aşkarlanıb, 643 383 manat dövlət büdcəsinə bərpa edilib

BDU-da nöqsanlar aşkarlanıb, 643 383 manat dövlət büdcəsinə bərpa edilib
# 10 may 2018 15:05 (UTC +04:00)

Hesablama Palatası Bakı Dövlət Universitetində (BDU) nöqsanlar aşkarlayıb.

APA-nın məlumatına görə, bu barədə “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatda qeyd olunub.

Sənəddə BDU-da ayrı - ayrı nöqsanlar üzrə dövlət büdcəsinə 643 383 manat vəsaitin bərpa edilməsi əksini tapıb.

Başqa sözlə, BDU-da əmək haqqının ödənilməsi üzrə 38 689,7 manat, tədbirlərin keçirilməsi üzrə 2850 manat, təhsil və təqaüdlərlə bağlı xərclər üzrə 594139,8 manat, vergi, rüsum və s. ödəmələr üzrə 2412,3 manat və digər məsələlər üzrə 5291,2 manat vəsait dövlət büdcəsinə bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR