Azərbaycanda elmi işçilər 5 ildən bir attestasiyadan keçəcəklər

Azərbaycanda elmi işçilər 5 ildən bir attestasiyadan keçəcəklər
# 24 oktyabr 2017 09:25 (UTC +04:00)

Azərbaycanda elmi işçilər mütəmadi olaraq attestasiyadan keçəcəklər.

APA-nın məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinin 65-ci (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri) maddəsinə əlavələr təklif olunur. Layihəyə əsasən, elmi işçilər 5 (beş) ildə bir dəfədən çox olmayaraq, attestasiyadan keçməlidir.

Layihə Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR