Lənkəranda həmkəndlisini güllələyən şəxs tutulub

Lənkəranda həmkəndlisini güllələyən şəxs tutulub
# 21 fevral 2017 08:33 (UTC +04:00)

Ötən ay Lənkəran sakinini güllələyən şəxs saxlanılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanvarın 6-da Lənkəran rayonunun Daşdatük kənd sakini Şahbazov Qadir Hüseynağa oğlu həmkəndlisi Abbasov Taleh Rastan oğluna odlu silahdan atəş açaraq onu yaralayıb.

Hadisə kəndin yaxınlığında meşə massivindəki yolda baş verib. Qadir Şahbazov şəxsi münaqişə zəminində yolda motosikletlə hərəkətdə olan Taleh Abbasovun qarşısını kəsərək ona atəş açıb.

Baş vermiş hadisə ölümə cəhd kimi qiymətləndirilərək Lənkəran rayon Prokurorluğunda araşdırılıb. Q.Şahbazovun saxlanması üçün qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR