Bakıda 25 yaşlı oğlan güllələnib

Bakıda 25 yaşlı oğlan güllələnib
# 01 noyabr 2016 07:22 (UTC +04:00)

Bakıda silahlı insident olub.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saat 21.00 radələrində Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini, 25 yaşlı Vasif Yunis oğlu Abdulov naməlum şəxs tərəfindən güllələnib. Ayağından güllə yarası alan V. Abdulov xəstəxanaya yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR