“Azər-Türk Bank” ötən ili 7,3 mln. manatlıq mənfəətlə başa vurub

“Azər-Türk Bank” ötən ili 7,3 mln. manatlıq mənfəətlə başa vurub
# 30 yanvar 2017 13:12 (UTC +04:00)

“Azər-Türk Bank”ın aktivlərinin həcmi 2016-cı ilin IV rübündə 475,794 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29,2% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 463,3% azalaraq 150,162 mln. manat olub.

O cümlədən, istehlak kreditlərinin həcmi 31,453 mln. manat təşkil edib ki, bu da 2016-cı il yanvarın 1-nə olan göstəriciyə nisbətən 1,53% çoxdur.

Bankın depozit portfeli hesabat dövründə 10,3% artaraq 267,977 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 135,954 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 23,1% azdır. Öhdəliklərin həcminə gəlincə, bu göstərici bir il ərzində 33% azalaraq 414,904 mln. manat təşkil edib.

Bir il ərzində bankın məcmu kapitalı 13% artaraq 57,684 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat təşkil edib.

Ötən ili bank 7 mln. 337,82 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR