Şahmar Mövsümov Qazaxıstanda Suveren Fondların Beynəlxalq Forumunun illik iclasında iştirak edir

Şahmar Mövsümov Qazaxıstanda Suveren Fondların Beynəlxalq Forumunun illik iclasında iştirak edir
# 05 sentyabr 2017 16:47 (UTC +04:00)

Sentyabrın 5-7-də Qazaxıstanın Astana şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) illik iclası keçirilir. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edir.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən “APA-Economics”ə verilən məlumata görə, iclas zamanı SFBF üzvləri arasında 2016-cı ildə Yeni Zelandiyada keçirilmiş görüşdə müəyyən edilmiş öhdəliklər barəsində fikir mübadiləsinin və daxili idarəçilik məsələləri ətrafında təcrübə mübadiləsinin aparılması, investisiya və risklərin idarə edilməsi üzrə fərqli təqdimatlar, panel sessiyalarının təşkil olunması nəzərdə tutulur.

Qeyd edək ki, Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb və ilk rəsmi iclasını 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR