Füzulidə evdən 12 min manat pul və 35 min manatlıq qızıl oğurlanıb

Füzulidə evdən 12 min manat pul və 35 min manatlıq qızıl oğurlanıb
# 27 fevral 2017 08:38 (UTC +04:00)

Füzulidə evdən pul və qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də rayon ərazisindəki evlərdən birindən 12000 manat pul və 35000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Elmin Əlizadə tutulub, daha 1 nəfər isə müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR