Astarada fərdi evdə yanğın olub

Astarada fərdi evdə yanğın olub
# 01 fevral 2017 20:33 (UTC +04:00)

Astarada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Astara rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 15 m² olan taxtadan ibarət tikilinin yanar konstruksiyaları və yaxınlıqda yerləşən ümumi sahəsi 234 m² olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində pəncərə çərçivəsi və evin giriş qapısı 4 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR