Kiprdə elekrik stansiyasında güclü yanğın baş verib

Kiprdə elekrik stansiyasında güclü yanğın baş verib
# 01 dekabr 2016 02:31 (UTC +04:00)

Kiprdə “Vasiliko” elektrik stansiyasında güclü yanğın baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident müəssisədə təmir işləri aparılarkən qeydə alınıb. Yanğının səbəbləri barədə rəsmi məlumat bu gün veriləcək.

Hadisə nəticəsində zərərçəkənlər barədə məlumat verilmir. Yerli hökumət yanğınla əlaqədar elektrik enerjisinin verilməsində fasilələrin yaranmayacağını bildirib.

Kiprin ən iri elektrik stansiyası olan “Vasiliko” adanın yarıdan çox ərazisini elektrik enerji ilə təmin edir.

Qeyd edək ki, 2011-ci ildə yaxınlıqda yerləşən hərbi bazada baş vermiş güclü partlayış ilə əlaqədar elektrik stansiyasına ciddi ziyan dəymişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR