Fransa Liqa 1: “Sent-Etyen” qalib gəlib, “Lill” xal itirib

Fransa Liqa 1: “Sent-Etyen” qalib gəlib, “Lill” xal itirib
# 23 fevral 2019 02:12 (UTC +04:00)

Futbol üzrə Fransa çempionatında XXVI turun oyunlarına start verilib. ONA-nın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Öncə “Dijon” – “Sent-Etyen” dueli başlayıb. Qonaqlar minimal hesabla qalib gəliblər. Turnir cədvəlində ikinci olan “Lill” isə Strasburq səfərində xal itkisi ilə üzləşib. Onlar fasiləyə öndə yollansalar da, üstünlüklərini sonadək qoruya bilməyiblər.

Qeyd edək ki, bu matçlardan sonra "Lill" 51 xalla turnir cədvəlində yenə ikincidir. Ondan 8 xal geri qalan "Sent-Etyen" dördüncü pillədə qərar tutub. Aktivində 37 xalı olan "Strasburq" 8-ci, 20 xala malik "Dijon" 18-cidir.

Fransa Liqa 1

XXVI tur

“Dijon” – “Sent-Etyen” – 0:1

Subotiç, 64

“Strasburq” – “Lill” – 1:1

Qonçalves, 68 - İkone, 42

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR