Şəkidə 30 yaşlı qadın intihara cəhd edib

Şəkidə 30 yaşlı qadın intihara cəhd edib
# 30 iyul 2018 18:19 (UTC +04:00)

Şəkidə 30 yaşlı qadın intihara cəhd edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Qoxmuq kənd sakini, 1988-ci il təvəllüdlü Azadə Hikmət qızı Həsənova sağ qolun dirsək və bilək nahiyəsinin kəsilmiş yarası ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlum olub ki, Azadə Həsənova bilərəkdən qolunu kəsici alətlə kəsib. Azadə Həsənovaya lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR