Mozambik-Zimbabve sərhədində təyyarə qəzaya uğrayıb, ölənlər var

Mozambik-Zimbabve sərhədində təyyarə qəzaya uğrayıb, ölənlər var
# 28 mart 2017 00:40 (UTC +04:00)

Mozambik-Zimbabve sərhədində yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Mozambikin Beyra şəhərindən Zimbabvenin paytaxtı Harare şəhərinə uçan təyyarə Mozambik sərhədinə yaxın dağlıq ərazidə qəzaya uğrayıb.

Hadisə nəticəsində 2 ekipaj üzvü və 4 sərnişin ölüb. İlkin versiyaya əsasən, təyyarə güclü duman səbəbindən dağa çırpılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR