Göyçayda köşk, Cəlilabadda isə 4 otaqlı ev yanıb

Göyçayda köşk, Cəlilabadda isə 4 otaqlı ev yanıb
# 15 aprel 2017 04:22 (UTC +04:00)

Göyçay və Cəlilabad rayonlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Göyçayda yanğın Bığır kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 8 m² olan köşkdən baş verib. Nəticədə köşkün yanar konstruksiyaları və içərisində ərzaq məhsulları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Cəlilabad rayonu, Qarazəncir kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan ikimərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR