Moskva aeroportlarında 200-dən çox aviareys təxirə salınıb - YENİLƏNİB

Moskva aeroportlarında 200-dən çox aviareys təxirə salınıb - <span style="color: red;">YENİLƏNİB
# 04 fevral 2018 20:31 (UTC +04:00)

Güclü qar səbəbindən Moskva aeroportlarında 200-dəm aviareys təxirə salınıb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 22:00-a olan məlumata əsasən "Vnukovo" aeroportunda 22, "Domodedovo" aeroportunda 51, "Şeremetyevo"da isə 147 aviareys təxirə salınıb.

Bundan əlavə “Vnukovo”da 1, “Domodedovo” hava limanında isə 16 uçuş ləğv edilib.

Qeyd edək ki, Moskvada iki gün ərzində düşən yağıntının miqdarı aylıq normanın 100 faizini təşkil edib.

***

15:44

Moskva aeroportlarında 109 aviareys təxirə salınıb, 28 aviareys ləğv edilib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 13.39 olan məlumata əsasən "Vnukovo" aeroportunda 5 aviareys təxirə salınıb, 4 aviareys ləğv edilib, "Domodedovo" aeroportunda 48 aviareys təxirə salınıb, 24 aviareys ləğv edilib, "Şeremetyevo" aeroportunda 56 aviareys təxirə salınıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada və digər vilayətlərdə güclü külək, sulu qar və buzlaşma ilə bağlı xəbərdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR