Gürcüstanda iqtisadi artım 5,7% təşkil edib

Gürcüstanda iqtisadi artım 5,7% təşkil edib
# 30 noyabr 2017 09:31 (UTC +04:00)

Ötən ay Gürcüstanda iqtisadi artım 5,7% təşkil edib.

APA-nın yerli bürosunun Gürcüstanın Milli Statistika İdarəsinə istinadən verdiyi məlumata əsasən, ölkədə bu ilin 10 ayında orta iqtisadi artım 4,9% olub.

Oktyabr ayında iqtisadi artım ən çox hotel və restoranlar, istehsal, ticarət və nəqliyyat sahələrində qeydə alınıb.

Ötən ayın digər iqtisadi göstəricilərinə gəlincə, aylıq inflyasiya 0,8% olub. İstehlak qiymətləri isə sentyabr ayı ilə müqayisədə 1,1% artıb.

Gürcüstanın yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi ötən illə müqayisədə 12,7% artıb.

Oktyabr ayında Gürcüstanda 5468 müəssisə qeydiyyatdan keçib ki, bu da ötən illə müqayisədə 48,5% çoxdur.

Dövlət büdcəsinin gəlirləri 833,1 mln. lari, xərcləri isə 807,1 mln. lari təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR