® “PAŞA Bank”ın dəstəyi ilə “Big Data Analytics Hackathon” müsabiqəsi başa çatıb

<font color=red>® </font> “PAŞA Bank”ın dəstəyi ilə “Big Data Analytics Hackathon” müsabiqəsi başa çatıb
# 05 iyul 2018 12:40 (UTC +04:00)

“PAŞA Bank”ın dəstəyi ilə 29-30 iyun tarixlərdə Big Data Analytics Hackathon müsabiqəsi həyata keçirilib.

ADA Universitetində ilk dəfə böyük verilənlərin (Big Data) təhlili formatında keçirilən bu tədbirə gənc mütəxəssislər böyük maraq göstərib.

İştirak üçün 54 komanda qeydiyyatdan keçib və onlardan 16-sı son mərhələdə iştirak hüququ qazanıb. Komandalar ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin təcrübəli müəllim və tədqiqatçıları tərəfindən keçirilən təlimlərdə iştirak etdikdən sonra, 24 saat ərzində real biznes problemlərinin həlli üçün verilən tapşırıqları yerinə yetirməyə başlayıblar. Tapşırıqlar bank və ictimai sektora aid olan aktual məsələləri əhatə edib.

Bank sektoru üzrə biznes probleminin həlli istiqamətində birinci yerə QSS BEU komandası – Tərlan Cəbiyev, Vüsal Əhmədov, Sevinc Hüseynova Orxan Tağıyev, ikinci yerə DataIsLIFE komandası - Ülvi Nağızadə, Elvin Əliyev, Elşad İbrahimov, Nicat Mütəllimov, üçüncü yerə isə DataMind komandası – Elgün Məcidov, Aytac Əhmədova və Tural Həmidov layiq görülüb. Qaliblər Bank tərəfindən müvafiq mükafat və hədiyyələrlə təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR