Azərbaycan ortoped və travmatoloqlarının II qurultayı keçirilir

Azərbaycan ortoped və travmatoloqlarının II qurultayı keçirilir
# 12 noyabr 2016 07:10 (UTC +04:00)

Azərbaycan ortoped və travmatoloqlarının II Qurultayı və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) 70 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans işə başlayıb. APA-nın xəbərinə görə, ETTOİ-nun direktoru, Səhiyyə Nazirliyinin baş travmatoloqu Vaqif Verdiyev bildirib ki, Rusiya, Türkiyə, Ukrayna, Qırğızıstan, Qazaxıstan və Özbəkistandan 30-dan çox travmatoloq və ortoped konfransda iştirak edir.

Baş travmatoloq qeyd edib ki, qonaqların yeni texnologiyalar haqda məruzələri yerli mütəxəssislərin biliklərini daha da artırmağa imkan verəcək.

Onun sözlərinə görə, Azərbaycanda keçən əsrin əvvəllərindən formalaşmağa başlayan travmatologiya və ortopediya ixtisası böyük yol keçib və hazırda beynəlxalq standartlara uyğunlaşma tendensiyasını yaşayır.

Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib ki, Azərbaycanda səhiyyəyə ayrılan vəsait azalmayıb, əksinə artıb.

Tədbir çıxışlarla davam etdirilir.

Qeyd edək ki, bu gün və sabah davam edəcək elmi-praktiki konfransda Travmatoloji-ortopedik yardımın təşkilinin müasir aspektləri, Travmatologiya və ortopediyada innovasion texnologiyalar (osteosintez, endoprotezləşdirmə, artroskopiya, onurğa patologiyasında transpedikulyar fiksasiya və s.), çoxsaylı və müştərək travmalar, uşaq ortopediyasının və travmasının aktual problemləri, onurğa xəstəlikləri və zədələnmələri, dayaq-hərəkət sisteminin şüa diaqnostikası, ortopediya və travmatologiyada səhv və fəsadlaşmalar, mövzusunda məruzələr dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR