İFFHS versiyası üzrə “İlin ən yaxşı bombardiri” mükafatı təqdim edilib

İFFHS versiyası üzrə “İlin ən yaxşı bombardiri” mükafatı təqdim edilib
# 03 noyabr 2017 22:28 (UTC +04:00)

Madridin “Real” klubu və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldoya Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) versiyası üzrə “İlin ən yaxşı bombardiri” mükafatı təqdim edilib.

APA-nın xəbərinə görə, bu barədə Madrid klubunun rəsmi saytı məlumat verib.

İFFHS-in versiyasında yalnız beynəlxalq matçlarda vurulan qollar hesablanır. 2016-cı ildə K.Ronaldo “Real” və milli komandada 24 qol vurub (Portuqaliya yığmasının heyətində 13, “Real”da – 11). 32 yaşlı futbolçu artıq 3-cü dəfədir ki adıçəkilən mükafata layıq görülür. Bundan əvvəl Ronaldo 2013 və 2014-cü illərdə ilin ən yaxşı bombardiri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR