Prokuror Bakıda sürücüyə qarşı quldurluq edən şəxslərə cəza istəyib

Prokuror Bakıda sürücüyə qarşı quldurluq edən şəxslərə cəza istəyib
# 05 dekabr 2016 14:11 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Vüsal Məsməliyev, Həsən Qasımov və Həbib Xalıqovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.

Prokuror təqsirləndirilən şəxslərin hər birinin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, bu il iyunun 14-də saat 03 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində naməlum şəxs Xızı rayon sakini Eldar Mirzəyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə çınqıl alacağı adı ilə Yaşma bağlar sahəsinə gedib. Orada digər maskalı 3 şəxslə birgə sürücünü döyüb, əllərini yapışqanlı lentlə bağlayaraq 4000 manat pulunu alıb hadisə yerini tərk ediblər.

Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məsməliyev, Siyəzən rayon sakinləri Həsən Qasımov və Həbib Xalıqov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR