Samuxda 25 yaşlı çoban döyülüb

Samuxda 25 yaşlı çoban döyülüb
# 22 dekabr 2016 06:25 (UTC +04:00)

Daşkəsən rayon sakini Samuxda döyülüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Ceyrançöldə çobanlıq edən Daşkəsən rayon Qazaxyolçular kənd sakini, 1991-ci il təvəllüdlü Elşən Nağıyev kəllə-beyin travması xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. O, əmisinin yanında işləyən çobanların fiziki zorakılığına məruz qaldığını deyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR