Lerikdə küləyin fəsadları aradan qaldırılıb

Lerikdə küləyin fəsadları aradan qaldırılıb
# 05 dekabr 2016 07:20 (UTC +04:00)

Lerik rayonunda güclü küləyin yaratdığı problemlər aradan qaldırılıb.

Bu barədə APA-nın cənub bürosuna Lerik rayon fövqəladə hallar komissiyasının sədr müavini Balali Rzayev bildirib. Onun sözlərinə görə, dekabrın 2-də günorta saatlarında başlayan güclü külək rayonun yüksək gərginlikli Şingədulan ərazi elektrik paylayıcı xəttində 4 dayağın aşmasına səbəb olub. Rayonun ayrı-ayrı ərazilərində də elektrik dirəkləri aşıb, xətlər qırılıb. Nəticədə rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib, 100-ə yaxın yaşayış məntəqəsi işıqsız qalıb. Həyata keçirilən tədbirlər nəticəsində ötən gün rayonun işıqsız qalmış bütün kəndlərinə enerjinin verilişi tam bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR