Göygöl şəhərinin yeni baş plan layihəsi Nazirlər Kabinetinə təqdim olunub

Göygöl şəhərinin yeni baş plan layihəsi Nazirlər Kabinetinə təqdim olunub
# 21 noyabr 2016 08:55 (UTC +04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanan Göygöl şəhərinin baş planı layihəsinin işlənilməsi başa çatdırılıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq Göygöl şəhərində baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilib.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, icraçı təşkilat olan “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun nümayəndələri, Göygöl şəhəri İcra Hakimiyyəti Aparatının rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

İctimai müzakirədə tədbir iştirakçıları tərəfindən Göygöl şəhərinin yeni baş planın işlənilməsi yüksək qiymətləndirilib.

Tədbirin sonunda Göygöl şəhərinin 2033-cü ilədək olan dövrə hesablanmış yeni baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR