Prosineçkinin mətbuat konfransının vaxtı açıqlanıb

Prosineçkinin mətbuat konfransının vaxtı açıqlanıb
# 02 oktyabr 2017 15:13 (UTC +04:00)

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Çexiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu tədbirlər oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək görüşdən bir gün öncə baş tutacaq.

Oktyabrın 4-də saat 18:15-də Çexiya milli komandasının mətbuat konfransı, 19:00-da isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək.

Yığmamızın mətbuat konfransı 20:00-da, açıq məşqi 20:30-da başlayacaq. Konfranslarda milliləri baş məşqçilər və futbolçular təmsil edəcək. Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ilə yanaşı, kapitan Rəşad Sadıqovun da tədbirə qatılması gözlənilir.

Hər iki məşq və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR